First slide

Sabahın hava proqnozu AÇIQLANDI

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.

Hava şəraitinin Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 8-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Oxşar xəbərlər
OTACI