Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xırdalan-Bakı yolunda xüsusi avtobus zolağı çəkilə bilər

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər.

Press.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:

“Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.

 

Oxşar xəbərlər
OTACI