Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz” İB ilin sonuncu vətəndaş qəbulunu Mingəçevirdə keçirdi - FOTOLAR

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.

Press.az xəbər verir ki, görüşdə Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinlənilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılaraq bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciətlər isə qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstəriş verilib. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Oxşar xəbərlər
OTACI