Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo "Əl-Nəsr"lə razılaşdı

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə razılığa gəlib.

Press.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 37 yaşlı forvard "Əl-Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Sözləşmə 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq. 

Xatırladaq ki, Ronaldo son klubu "Mançester Yunayted"dən noyabrın 22-də ayrılıb. Onun adı "İnter Mayani", "Los Anceles Qelaksi", "Sportinq", "Los Anceles"lə də hallanırdı. Həmçinin ulduz forvard üçün Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da mübarizəyə qoşulacağı bildirilirdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI