Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Santuşdan Ronaldonun "Əl-Nəsr"ə keçəcəyi xəbərinə münasibət

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın hücumçusu Kriştiano Ronaldonun "Əl Nəsr"ə gedəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Press.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bu məlumatı nə təsdiq, nə də təkzib edib: "Ronaldo "Əl Nəsr"ə gedəcəkmi? Bilmirəm, onunla bu barədə danışmamışam. Futbolçularla danışmışam, amma söhbətin bu mövzuya aidiyyatı yoxdur. Əvvəllər heç bilmirdim, bu yaxınlarda eşitdim. Bu, onun qərarı, onun işidir. Ronaldo hazırda bütün diqqətini dünya çempionatına, komandasına kömək etməyə cəmləyib”.

Xatırladaq ki, daha əvvəl  azad agent olanRonaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçəcəyi və hər mövsümə təxminən 200 milyon avro qazanacağı barədə məlumat yayılmışdı . Daha sonra bu məlumatı Kriştianonun qalmaqallı müsahibə verdiyi britaniyalı jurnalist Pirs Morqan təkzib edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI