Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xətti təmizləndi - FOTO

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib.

Press.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar olaraq yüksəkgərginlikli Füzuli-Şuşa hava xətti buz bağlayıb:

“Qurumun əməkdaşları xüsusi geyim və avadanlıqlardan istifadə edərək buzun təmizlənməsi işini həyata keçirib”.

Qeyd edək ki, 110 kvotalıq Füzuli-Şuşa xətti öz başlanğıcını “Şükürbəyli” stansiyasından götürür. Ümumi uzunluğu 75 olan hava xətti Şuşa şəhərinin işıqlandırılmasında xüsusi rol oynayır.

Oxşar xəbərlər
OTACI