Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa ölkəsi Rusiyanın müdafiəsinə qalxdı

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Serbiya Avropa İttifaqının (Aİ) çağırışlarına baxmayaraq, prinsipial mövqeyindən əl çəkməyəcək və Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək.

Press.az xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

O bildirib ki, Avropa İttifaqı Serbiyanın xarici siyasətdə ittifaqa uyğunlaşmasını istəyir: “Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Üzvlük danışıqlarının davam etdirilməsi üçün şərt qoyulsa belə, sanksiyaları tətbiq etməyəcəyik”.

Bəzi ölkələrin Serbiya vasitəsilə sanksiyaları pozmaq cəhdləri barədə iddiaları şərh edən Baş nazir deyib:

“Serbiya başqalarının sanksiyaları pozmaq üçün istifadə edəcəyi ölkə olmayacaq. Biz sanksiyalarla bağlı qərar verməyəcəyik. Digər ölkələrin sanksiyaları Serbiya vasitəsilə pozmaq cəhdlərinin qarşısını isə öz qanunlarımızla alacağıq”.

Oxşar xəbərlər
OTACI