“Üçtərəfli razılaşmalar nizamlanma üçün baza rolunu oynayacaq”.
Press.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“2020-ci ilin noyabrından bəri imzalanmış üçtərəfli razılaşmalar bütün məsələlərdə nizamlanma üçün baza rolunu oynayacaq, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün”, - deyə Lavrov bildirib.
“Rusiya tərəflərə bu istiqamətlərdə dəstək göstərməyə hazırdır”, - nazir əlavə edib.