Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenskidən ''tavan qiyməti'' tətbiqinə kəskin tənqid

04 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı və G7-nin Rusiya neftinə tavan qiymət tətbiq etmək qərarının ciddi nəticəsi olmayacağını bildirib.

Press.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ), G7 ölkələri və Avstraliyanın Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel tavan qiyməti tətbiq etmək barədə razılığa gəlməsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski reaksiya verib.

Zelenski tavan qiymət tətbiqinin Rusiyaya qarşı ciddi sanksiyasının olmayacağını bildirib və “Rusiya qiymətləri ilə bağlı bir terror dövlətinin büdcəsi üçün kifayət qədər rahat olan belə bir limiti ciddi qərar adlandıra bilməzsiniz. Enerji bazarını qəsdən destabilləşdirməklə Rusiya artıq bütün dünya ölkələrinə böyük itkilər verib. Dünya isə əsl enerjisi ilə tərksilah etməyə cəsarət etmir. Bu zəif mövqedir. Və bu, yalnız vaxt məsələsidir. Daha güclü vasitələrdən istifadə etmək lazım gələcək. Çox heyif ki, bu vaxt itiriləcək”, - deyə o bildirib.

Oxşar xəbərlər
OTACI