Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaşayış evində partlayış oldu- 2 nəfər öldü

04 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Press.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Xəsarət alanlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Ümumilikdə evin 52 sakini təxliyə edilib, məktəblərdən birində müvəqqəti sığınacaq yaradılıb.

Partlayış yerinə 6 təcili tibbi yardım briqadası, Fövqəladə Hallar Nazirliyinin 9 texnikası cəlb olunub.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

Oxşar xəbərlər
OTACI