First slide

Ronaldo Santuşdan narazıdır

04 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın baş məşqçisi Fernandu Santuşdan narazıdır.

Press.az "Correio da Manha"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu tez-tezə əvəzlənməsi istəmir. Ronaldo mundialın hər üç oyununda - Qana ilə (3:2) 88-ci , Uruqvayla (2:0) 82-ci, Cənubi Koreya ilə (1:2) matçda 65-ci dəqiqədə əvəzlənib.

Portuqaliya Futbol Federasiyası (PFF) Ronaldonun narazılığına diqqət yetirmək istəmir. FPF-dəki mənbə deyib: “Dünya çempionatının finalına çıxmağa üç oyun qaldı! Diqqətimizi yalnız matçlara yönəltməliyik və mübahisə etməməliyik”.

Xatırladaq ki, Ronaldo Cənubi Koreya ilə matçda (1:2) əvəzlənməyə çox emosional reaksiya vermişdi. Yayılan görüntülərdə onun Santuşa nəsə qışqırdığı görünür. Oyundan sonra həm məşqçi , həm də  Ronaldo emosional reaksiyasına Cənubi Koreya millisinin oyunçularından birinin davranışı səbəb olduğunu bildiriblər.

Oxşar xəbərlər
OTACI