Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Köp və onun çarələri

02 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Köp nədir?

İlk köpmə yenidoğulmuşlarda baş verir. Yenidoğulmuşlarda bağırsaq mikroflorası olmadığından onlara hər şey yedirtmək olmaz. Yeməkdən əvvəl şüyüd, razyana, cirə, zirə kimi bağırsaqların hərəkətini artıran bitkilərin dəmləməsini vermək lazımdır. Yaxşı olar ki, bu məqsədlə sintetik dərmanlardan istifadə edib, uşaqları zəhərləməyəsiniz.

Yenidoğulmuşlarda köpün əsas əlaməti qarında sancıların olmasıdır. Sancını azaltmaq üçün 2 xörək qaşığı nanə yarpağı 100 qram zeytun yağına əlavə edilib ağzı kip bağlanılır, adi sobanın və ya qızdırıcının üstündə 2 həftə saxlanıb süzülür (təxminən 45-50 dərəcə temperaturda). Alınmış nanə yağı ilə qarın nahiyəsini üstdən aşağı və dairəvi şəkildə saat əqrəbi istiqamətində yavaş-yavaş masaj etmək lazımdır.

Böyüklərdə köpmə

Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişməli, çox gəzməli, salatları, göyərtiləri, həmçinin meyvələri də əsas xörəkdən yarım saat əvvəl yeməlidir. Əgər nəticə olmasa həkimə müraciət edib köpün səbəbini dəqiqləşdirməlidir.

Bağırsaqlarda köp olmasının bir neçə səbəbi vardır. Məsələn, fermentativ aktivliyin aşağı olması – bu, öd ifrazının azalması və ya mədəaltı vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir. Bu zaman ödqovucu təsir göstərən və tərkibində inulin olan dərman bitkilərindən dəmləyib içmək lazımdır

Bəzi hallarda ağır yük götürən zaman mədə-bağırsaq müsariqəsi sallanır, bu da bağırsaqların fəaliyyətinin ləngiməsinə və köpə səbəb olur. Xəstə əlini mədəsinin və ya bağırsağının üstünə qoyanda, sanki ürəyi orda vurur. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya adi günəbaxan yağı ilə masaj olunur və möhkəm bağlanır. Bunu gündə 1 dəfə olmaqla bir həftə etmək lazımdır.

Oxşar xəbərlər
OTACI