Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlon Mask “Twitter”i “baltalamağa” davam edir

02 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Twitter-in yeni sahibi, iş adamı İlon Mask reper Kanye Uestin Twitter hesabının dayandırıldığını açıqlayıb. Buna səbəb məşhur repçinin Hitlerin simvolu kimi tanınan işarəni paylaşması olub.

Musavat.com xəbər verir ki, İlon Mask bunu zorakılığa təşviq qaydası ilə əlaqələndirib və bildirib ki, reperin hesabı birdəfəlik dayandırıla bilər.

Qeyd edək ki, “Twitter”in iflas həddində olduğu bildirilir. Maskın bu şirkəti almasından sonra vəziyyət daha da pisləşib. Ötən həftə Mask işçilərə müraciətində yeni qaydalar barədə də danışıb. Bundan sonra şirkət çalışanları 80 saatlıq iş həftəsinə hazırlaşmalı olacaqlar. Pulsuz yemək kimi ofis üstünlükləri daha olmayacaq.

 

Oxşar xəbərlər
OTACI