Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlisa Nicatla bağlı YENİ XƏBƏR - Bir gecəyə 7 min manat toplandı

02 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, ötən gün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

 87 yaşlı yazıçının sosial təminatının aşağı olduğu üçün evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

Əlisa Nicata yardım məqsədilə kampaniya başladan Şahbaz Xuduoğlunun paylaşımından sonra şəraitsiz vəziyyətdə yaşayan yazıçı üçün 6987 manat toplanıb və onun evində istilik sisteminin quraşdırılmasına başlanılıb.

"Qanun" nəşriyyatının direktorunun sözlərinə görə, bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev kömək təklif edib:

“Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif etdi. Yardım təkliflərinin, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. İnsanların yardım etmək fürsətindən yararlanmalarından məmnun qalıb. Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum ki, bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”

Oxşar xəbərlər
OTACI