Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millinin qələbəsini qeyd edərkən 8 yaşlı oğlunu güllələdi

01 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Argentinalı bir azarkeşin DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşa ilə oyun (2:0) zamanı millinin qələbəsini qeyd edərkən tapançadan açdığı atəş onun 8 yaşlı oğluna dəyib.

Press.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Santo Tome şəhərində baş verib. Güllə uşağın bud nahiyəsinə dəyib və güclü qanaxma baş verib. Ata və oğul təcili yardım maşını ilə tibb məntəqəsinə gedib. Uşaq həkimlərin yanında qalıb, ata isə dərhal qaçıb. Uşağın vəziyyəti ağır olduğundan başqa xəstəxanaya köçürülməsinə ehtiyac olsa da, onun həyatı təhlükədə deyil.

Qeyd edək ki, Argentina C qrupunda 3 oyundan sonra 6 xal toplayaraq qrup lideri kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb.  Lionel Skalonun komandası bu mərhələdə dekabrın 3-ü Avstraliya ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI