Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir saata məşhurlaşdı, narkotikə görə həyatı puç oldu, tabutundan xırıltısı eşidildi - VİDEO

01 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın vəfatından illər keçsə də, insanlar tərəfindən sevilməsi ve tez-tez yad edilməsi maraq doğurur.

Yeniyetmə çağlarından rep yazmağa və bədahətən söyləməyə başlayan Hüseyn Dərya Azərbaycanda rep sənətinə ikinci həyat verən şəxs olub.

İlk dəfə muğamla repi sintez edən, qisa zamanda məşhurlaşan Hüseyn Dərya çətin bir yol qət edərək repi insanlara sevdirməyi bacarıb.

"Astar" "YouTube" kanalı onun haqqında maraqlı süjet hazırlayıb. Kadrlarda Hüseyn Dəryanı tanıyanlar bu reper barədə xatirələrini və fikirlərini bölüşürlər.

Prodüser Samir Xəttab: "O, həmişə məşhur olacağına inanırdı. Reper Anar Nağılbaz ona çox dəstək olub. Hüseyn Dərya repi bütün ictimaiyyətə sevdirdi, toylara repi gətirdi, yenilik yaratdı.Təəssüf ki, Hüseyn Dəryanın ölümü ilə "rep" sənəti süqut etdi. Narkotikin bir insanı necə məhv etdiyini biz bir daha gördük. Həmişə özünü nümunə göstərirdi. "Mən səhv etdim, siz etmeyin" deyirdi".

Prodüser Sayqa Cahid: "Hüseyn Dəryada fərqli alınırdı. O, sənətə meyxanadan başlamışdı. Əruz vəznini, qəzəli yaxşı bilirdi. Eyni zamanda fərqli düşüncəyə malik idi. Yaxın dostumuz ona "Dərya" adını elə-belə qoymamışdı".

Reper Dado (Səid Əliyev): "O vaxt repdə Elşad Xose, Anar Nağılbaz, "Dəyirman" idi. Sanki nə isə çatmırdı. Lakin Hüseyn Dəryanın gəlişi ilə hər şey yaxşı mənada dəyişdi. İlk dəfə "Space" kanalında oxuyan Dərya bir saat ərzində məşhurlaşdı. Ondan sonra ulduz həyatı başladı. Bəlkə də, ele bir günün ərzində tanınması ona ən böyük zərbəni vurdu".

Deyilənə görə, Hüseynin cəsədini avtomobilə yerləşdirəndə onun xırıltılı səsi eşidilib. Bu iddianı həmin an çəkiliş aparan media nümayəndəsi Fəxrəddin Sadıqzadə irəli sürüb. Maraqlıdır ki, bu səsi yalnız o deyil, Hüseynin həyat yoldaşı Sona İbadova da eşidib.

Süjeti daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Oxşar xəbərlər
OTACI