Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində “COVID-19”a yoluxma sürətlər artır: yeni rekord qeydə alınıb

28 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində “Omicron”un yeni variantına gündəlik yoluxma sayı ilk dəfə olaraq 40 mini ötüb. 

Press.az xəbər verir ki, bu haqda məlumatı Çin Milli Səhiyyə Komissiyası açıqlayıb. 

Çində son 24 saat ərzində “Omicron”un BF.7 variantına yoluxanların sayı 40 347 nəfərə çatıb.

Virusun yayılmasında epidemiya halı Çinin cənub-qərbində 32 milyon əhalisi olan Çonçinqdə və ölkənin cənubunda 19 milyon əhalisi olan Quançjouda müşahidə edilir.

Bu bölgələrdən başqa paytaxt Pekində də yoluxma sayı sürətlə artır.

Qeyd edək ki, Çin 2020-ci ilin əvvəlindən "Sıfır COVID" strategiyası çərçivəsində sürətli təmasların izlənməsi, tez-tez sınaq, uzunmüddətli karantin və küçələrin dezinfeksiya edilməsi kimi təcrübələri tətbiq etməklə epidemiya ilə mübarizə aparır. Yeni strategiyaya görə həyata keçirilən sərt tədbirlər son vaxtlar ölkənin müxtəlif şəhərlərində etirazlara səbəb olub. Noyabrın 14-də ölkənin cənubundakı meqapolislərdən biri olan Quançjouda insanlar küçələrə çıxaraq karantinin ləğvi üçün şüarlar səsləndiriblər. Etirazçılarla polis və ağ qoruyucu kombinezonlu məmurlar arasında toqquşma olub.

 

 

 

Oxşar xəbərlər
OTACI