Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda şagirdlərin neçə faizi rus dilində təhsil alır? - STATİSTİKA

28 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda şagirdlərin təxminən 9 faizi rus dilində təhsil alır. 

Press.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycanda təhsil alan bütün şagirdlərin sayı 1,7 miyon nəfərə yaxın olub.

Şagirdlərin 1,529 milyonu Azərbaycan (89,9 faiz), 156,56 mini rus (9,2 faiz), 7651 nəfəri ingilis (0,45 faiz), 1125 nəfəri gürcü, 498 nəfəri türk, 127 nəfəri fransız dili bölməsi üzrə təhsil alır.

Sinif sıxlığına görə ən yüksək göstərici hər sinifdə orta hesabla 25 şagirdlə rus bölməsindədir. Ən az şagird sıxlığı gürcü (10 nəfər), fransız (11 nəfər), ingilis (15 nəfər) dili bölməsindədir. Azərbaycan bölməsində sıxlıq 18 nəfərdir. 

 

 

 

Oxşar xəbərlər
OTACI