Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dələduzluq yolu ilə polisin 5 min manatını mənimsəyən şəxsə HÖKM OXUNDU

28 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suraxanı Rayon Məhkəməsində xidməti iş yerini dəyişəcəyi vədi ilə polis əməkdaşı Tahir Quliyevin 5 min manatını mənimsəyən 1985-ci il təvəllüdlü Anar Məmmədova (soyad şərtidir) hökm oxunub.

Press.az sfera.az-a istinadən xəbər verir ki, Anar Məmmədov 2013-cü ildən polis sıralarında çalışsa da, bu ilin fevralında işdən uzaqlaşıb. Zərərçəkmiş Tahir Quliyev isə 2021-ci ildən etibarən DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon mühafizə idarəsinin polis nəfəri kimi fəaliyət göstərir.

Tanışlarından biri Anar adlı şəxsin xidməti iş yerini Suraxanı RPİ-dən PPXB-nə dəyişdirə biləcəyini deyib. Bunun üçün isə 6000 manat pul lazım olduğunu bildirib. Tahir razılaşıb və qardaşı Vasif vasitəsilə Anara 5000 manat göndərib, qalan 1000 manatı isə hissə-hissə ödəyəcəyini deyib.

Anar onu əmin edib ki, iş aprel ayının sonlarına qədər həll olacaq. Lakin Anar hər dəfə müxtəlif bəhanələrlər vaxtı uzadıb. Tahir aldadıldığını anladıqdan sonra polisə müraciət edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

Oxşar xəbərlər
OTACI