First slide

Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirirlər”

28 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirirlər”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Teymur Əkrəm deyib.

“Son iki ildə Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlığın fəal inkişafını görürük. Bu ölkələr arasında əməkdaşlığın böyük tarixi var”, - o vurğulayıb.

Ekspert bu üç ölkənin təkcə ticarət və müdafiə sahəsində deyil, həm də turizm sahəsində əməkdaşlığı intensivləşdirəcəyinə əminliyini ifadə edib.

X.T.Əkrəm buna misal olaraq Bakı ilə Lahor və Kəraçi arasında birbaşa aviareysin açılmasını göstərib.

“Mən artıq üç dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmuşam. İlk dəfə bu ərazilərə müharibə başa çatandan sonra səfər etmişdim. İndisə yerli və Türkiyə şikətlərinin həyata keçirdikləri bərpa prosesinin şahidi oldum”, - pakistanlı ekspert bildirib.

“Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən strategiyasını qeyd etmək vacibdir. O, ölkəsi üçün çox işlər görür. Prezident İlham Əliyev Azərbaycan liderindən dünya liderinə çevrilir”, - X.T.Əkrəm söyləyib.

Oxşar xəbərlər
OTACI