Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeniyetməlik dövründə psixi problemlər - Valideyn nə etsin?

28 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeniyetməlik dövrü 10-11 yaşdan 14-15 yaşa qədər vaxtı əhatə edir. Bu dövr bəzən tez və yaxud da gec başlaya bilər. Təəssuf ki, bu keçid mərhələsində bir çox travmalar meydana çıxır ki, bu da insan həyatında silinməz iz buraxır. Bütün həyatı boyunca insan bu travmanın təsirindən çıxa bilmir. Belə problemlərin yaşanmaması üçün valideyn övladı ilə dost olmalı, başa düşməyə çalışmalıdır.

Psixoloq İlhamə Oqtayqızı yenitemə psixologiyasında tez tez baş verən problemlər barədə fikirlərini BiG.AZ-la paylaşıb.

Onun sözlərinə görə, bu dövrdə depressiyaların artması müşahidə olunur:

"Özünə inam problemləri, əks cinslə problemlər, məktəb və ailə problemləri buna səbəb ola bilər. Adətən qısamüddətli olur və müdaxilə tələb etmir. Yeniyetmə özünü kədərli və pis hiss edir; lakin o, gündəlik həyatına davam edə bilər. Həqiqi depressiyalarda yeniyetmə intihara qədər düşüncələr inkişaf etdirə bilər. Özünü tamamilə dəyərsiz hiss edir. Bunun səbəbləri arasında yaxınlarını incitmək, ölümə maraq, tənhalıq hissi, uşaqlıqdan sevgisizlik, ölüm-ayrılıq və s. travmatik proseslər ola bilər. Bunlardan başqa, yeniyetmə zaman-zaman qəzəb partlamaları yaşaya bilər. Bu müddət ərzində onunla danışmağa çalışmaq mənasızdır. Onun sakitləşməsini gözləmək lazımdır. Hər şeydən əvvəl, yeniyetmə başa düşülmək və qiymətləndirilmək hissini yaşamalıdır. Həmin səbəbdən valideynlər bu hissləri yaşatmaq üçün söz və davranışlarında həssas olmalıdırlar. Əks halda, yeniyetmə bu hissləri təmin etmək üçün müxtəlif mühitlərə ehtiyac duya bilər.

Yeniyetmə ilə fikir mübadiləsi aparılmalıdır. O, ailə məsələlərindən kənarda qalmamalıdır.

Müxtəlif problem və məsələlərdə yeniyetmələr obyektiv şəkildə hörmətlə dinlənilməli, ortaq nöqtələr axtarılmalıdır.

Məsləhət tez-tez işləmir, sadəcə olaraq, yeniyetməni bu anda valideynə qulaq asmağa məcbur edir. Bu, uzunmüddətli həll yolu deyil.

Yeniyetmənin dostları tənqid edilməməli, valideynlər bu mövzuda yeniyetmənin dostlarını tanımalı və övladına bunu hiss etdirməlidirlər.

Bununla belə, fərqinə varmadan tənqid etmək, yeniyetmənin valideynini haqsız hesab etməsindən başqa bir iş görmür.

Sevgi qaçırılmamalıdır. Evdə ümumi atmosferin gərgin olmamasına diqqət yetirilməlidir.

Əgər yeniyetməlik dövrü ziddiyyətli və gərgindirsə, psixoloqa müraciət etmək mütləqdir".

Oxşar xəbərlər
OTACI