First slide

Britaniya sakinləri bir ayda elektrik və qaz istehlakını 10% azaldıblar

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya sakinləri oktyabr ayından elektrik və qaz istehlakını təxminən 10% azaldıblar. Buna ölkədə enerji böhranının güclənməsi səbəb olub.

Press.az "report"a istinadən bildirir ki, bu barədə "Guardian" qəzeti yerli enerji şirkətlərinin məlumatlarına istinadən xəbər verib.

Xüsusilə, "E.ON" analitikləri son həftələrdə Britaniyada enerji istehlakında iki rəqəmli azalma qeydə alıblar - 10-15%. Öz növbəsində, "Telecom Plus"un rəhbəri Endryu Lindsi oktyabrda ölkədə qaz istehlakının təxminən 10% azaldığını açıqlayıb.

Eyni zamanda, şirkət böhran şəraitində yerli sakinlərin qənaət etmək istəyi ilə əlaqədar bu göstəricinin daha da azalacağını gözləyir.

Oxşar xəbərlər
OTACI