Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Dağlının oğlu: "Ana, səni təbrik etmək ataya qismət olar” - FOTO

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) oğlu Yusif sosial şəbəkə hesabında anası ilə bağlı diqqət çəkən paylaşım edib.

Press.az bizim.media-ya istinadən bildirir ki, söz xiridarının oğlu anasının doğum günü ilə əlaqədar ona aldığı gül çələnginin fotosunu izləyiciləri ilə bölüşüb. 

Yusif yayımladığı şəkilə "Ana, inşallah ata belə sənə gül göndərməz. Özünə qismət olar səni təbrik etmək" kövrək şərhini yazıb.

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Oxşar xəbərlər
OTACI