Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkəyə 1 milyard dollar veriləcək

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yəmən və Ərəb Valyuta Fondu respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard ABŞ dolları vəsaitin ayrılması haqqında saziş imzalayıb.

Press.az "report"a istinadən bildirir ki, bu barədə Yəmənin hökumət xəbər agentliyi Saba məlumat yayıb.

İslahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub və maliyyə sisteminin gücləndirilməsinə, dövlət institutlarının bərpasına, sənaye bazasının şaxələndirilməsinə, inklüziv iqtisadi artımın, dayanıqlı inkişafın təşviqinə və yeni iş yerlərinin yaradılmasına yönəlib.

İmzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breyk təmsil edib. O, mətbuat konfransında qeyd edib ki, planlaşdırılan transformasiya neft hasilatını, eləcə də qeyri-neft gəlirlərini artırmağa kömək edəcək ki, bu da Yəmən iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir göstərəcək.

ƏVF-nun Direktorlar Şurasının sədri Abdurahman Abdallah al-Hamidi, öz növbəsində, imzalanmış sazişin Yəməndə iqtisadi islahatların təşviqi, maliyyə və pul institutlarının bərpası üçün əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər
OTACI