Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verilib

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli "Brimstone 2" raketləri verib.

Press.az "report"a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb", - bəyanatda deyilir.

2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olmuş bir "Brimstone 2" raketinin dəyəri təxminən 175 min funt sterlinq (207 min ABŞ dolları) qiymətləndirilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə təxminən 12 km-dir.

Oxşar xəbərlər
OTACI