Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" bu cür səhvləri bağışlamır" - Regekampf

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Oyuna yaxşı başladıq və ilk yarıda diqtə edən tərəf idik. Tempi dəyişib, daha sürətli oynayaraq növbəti qolları vuracağımız epizodlar var idi".

Press.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 15-ci turunun "Səbail"lə bu gün keçirilən oyundan sonra mətbuat konfransında deyib.

 

Rumıniyalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "İkinci qoldan sonra növbəti 10 dəqiqə çox faciəvi keçdi. Öz qapımızda qol gördük. 10 dəqiqə ərzində heç nə etmədik, heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük qol şansı verdik. Bunlar baş verməməlidir. Komandamızda kifayət qədər təcrübəli və səviyyəli oyunçular var. Yaxşı ki, bu gün üç xal qazandıq".

Baş məşqçi qeyd edib ki, komandası nöbəti turda "Qarabağ"la keçiriləcək oyunda bu cür səhvləri təkrarlamamalıdır: "Qarabağ" bu cür səhvləri bağışlamır. Bizim oyunçular növbəti oyunda belə epizodlarda daha peşəkarcasına davranacaqlar. Onlar bu cür səhvlər etməməlidir. Müdafiədə çətinliklərimiz, problemlərimiz var. Voyislav Stankoviç zədəlidir, Solomon Kvirkveliya, Azər Salahlı millinin düşərgəsindəydi. Mamadu Mboc bir müddət zədəli oldu. Sabahdan "Qarabağ"a qarşı oyunun hazırlıqlarına start verəcəyik. Ümidvaram ki, futbolçularım növbəti matçda daha inamlı və daha yaxşı oynayacaqlar".

Regekampf "Qarabağ"la oyunda yaxşı nəticə qazanmaq şansınız varmı" sualını belə cavablandırıb: "Hər zaman oyun 0:0 başlayır. Hər iki komandanın eyni şansı olur. Siz də görürsüz ki, futbolda hər şey mümkündür. Oyuna çox yaxşı hazırlaşmalıyıq. Gücümüzə inanmalıyıq. Əgər oyuna bu cür yanaşsaq, şanslarımız olacaq".

Regekampf "Neftçi"də debüt edən gənc futbolçu Ağadadaş Salyanskinin oyunu haqda da danışıb: "Gəncdir, qaçışı, bədən quruluşu, oyuna yanaşmasını çox bəyənirəm. Ağadadaş "Neftçi"nin gələcəyidir. Çalışıram ki, əvəzedici heyətdən əsas komandaya oyunçular cəlb edim. Daha uyğun gördüklərimə isə şans verirəm. Belə olan halda, onların özlərinə inamı artır. Ağadadaş da öz üzərində daha çox işləməlidir".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI