Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Dediklərim bəhanə deyil" - Mahmud Qurbanov

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu mövsüm ilk dəfə idi ki, beşli müdafiə ilə oynayırdıq. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Çünki rəqibin mərkəz müdafiəçiləri ağırdır".

Press.az xəbər verir ki,  bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Neftçi" ilə oyundan (1:3) sonra mətbuat kofransında deyib.

 

"İlk hissədə hər şey istədiyimiz kimi olmadı. Qapımızda qol gördük. Əks-hücumlar etdik, amma qol epizodumuz yox idi. Fasilədən sonra isə dördlü müdafiəyə qayıtdıq. Bundan sonra hücumda da oyunumuz yaxşı alındı. Deməzdim ki, rəqib 0:2-dən sonra arxayınlaşmışdı. Onlar qol vurmaq istəyirdi" - deyə baş məşqçi əlavə edib.

Qurbanov hakimləri bir az diqqətli olmağa çağırıb: "Birinci qolu vurduqdan sonra yenə də şansımız var idi. Amma matçın dönüş nöqtəsi hakimin təyin etdiyi ikinci penalti idi. Başa düşürük, “Neftçi”nin məqsədi çempionluqdur. Amma biz çempionluğa oynamırıq. Hakimlər diqqətli olsalar, daha yaxşıdır. İkinci penalti təyin edilməsəydi, bəlkə də geridönüş baş verəcəkdi. Dediklərim bəhanə deyil".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI