First slide

DİN dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin KiV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında sürücüləri avtomobillərini yavaş və diqqətli idarə etməyə çağırıb:

"Xüsusilə gecə və səhər saatlarında qatı duman səbəbindən ölkənin magistral yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşması ehtimal olunur.

Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələritələb olunur. Həmçinin piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də ölkə ərazisində qatı duman müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, ölkənin magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Oxşar xəbərlər
OTACI