Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur modelyer 98 yaşında vəfat etdi

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Modelyer Renato Balestra 98 yaşında İtaliyanın paytaxtı Romada vəfat edib.

Press.az report-a istinadən xəbər verir ki, bu barədə noyabrın 26-da "La Repubblica" qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.

Dəfn mərasimi noyabrın 29-da paytaxtın Santa-Maria-del-Popolo kilsəsində baş tutacaq.

Balestra 1924-cü ildə Triestdə anadan olub. 1954-cü ildə Romada işləməyə, dörd il sonra isə kolleksiyalarını ABŞ-da sərgiləməyə başlayıb. 1959-cu ildə modelyer Romada ilk atelyesini açıb.

Onun moda evinin kolleksiyaları müntəzəm olaraq İtaliya Moda Palatası tərəfindən 1998-ci ildən keçirilən ənənəvi Roma "Alta Roma - alta moda" nümayişlərində təqdim olunurdu.

Oxşar xəbərlər
OTACI