Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mbappe Zidan, Platini və Anrini geridə qoydu

27 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DÇ-2022-nin 2-ci turunda Danimarka ilə matç Fransa millisinin üzvü Kilian Mbappe üçün əlamətdar olub.

Press.az xəbər verir ki, 24 yaşlı hücumçu sözügedən görüşdə dubla imza atıb. Nəticədə mundiallardakı qollarının sayını 7-ə çatdıran Kilian Mbappe yığmanın DÇ-lərdəki bombardirləri siyahısında 2-ci pilləyə yüksəlib. Mbappe Mişel Platini, Zinəddin Zidan (hərəyə 5 qol) və Tyerri Anrini (6) geridə qoyub. Forvard hazırda yalnız Jus Fontedən geri qalır. Fontenin aktivində isə 13 qol var.

Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı digər 5 qolundan 1-ni DÇ-2022-nin ötən turunda, 4-nü isə 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatında vurub. 2018-i ildə Fransa dünya çempionu adını qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI