Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlanılacağını bildirib

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa ölkələrindən fərqli olaraq qış mövsümünə enerji ilə bağlı problemsiz, rahat ruhla qədəm qoyuruq.

Press.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Avropa ölkələri enerji böhranı ilə əlaqədar qışı necə keçirəcəklərini düşündüyü vaxtda, biz qışa rahatlıqla giririk”,- deyə Ərdoğan bildirib.

Bundan əlavə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətini açıqlayıb.

Ərdoğan daha əvvəl bildirmişdi ki, qarşıdakı qışda ölkəsinin Rusiyadan təbii qazın verilməsində problem olmayacaq.

Onun sözlərinə görə, problemlərin olmaması Ankaranın apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsidir.

Oxşar xəbərlər
OTACI