Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobil qarət olundu

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanın soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Polis əməkdaşları tərəfindən N.Əsgərova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

 

 

Oxşar xəbərlər
OTACI