Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz" gələn həftə 4 şəhər və rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi gələn həftə 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək.

Bu barədə Press.az-a "Azəriqaz"dan məlumat verilib.

Məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-a qədər Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısında), 2-ci günü saat 14:00-dan 15:00-a qədər Oğuz rayonunda (Zərifə Əliyeva Parkında), 3-cü günü saat 11:00-dan 12:00-a qədər Qəbələ rayonunda (Zərifə Əliyeva Parkında), 5-ci günü saat 11:00-dan 12:00-a qədər isə Şəki şəhərində (Mirzə Fətəli Axundov Parkında) baş tutacaq.

Vətəndaşlar aksiyaların imkanlarından istifadə edərək problem və təkliflərini ifadə edə bilərlər.

 

 

Oxşar xəbərlər
OTACI