Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suriyadan Azərbaycana gətirilən 16 nəfərlə bağlı sosial-reabilitasiya tədbirlərinə başlanıb

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşı ilə bağlı sosial xidmət müəssisəsində sosial reabilitasiya xidmətlərinə başlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi repatriantların qarşılanmasını və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsini təmin edib. Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilirlər.

Qeyd edək ki, noyabrın 24-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onlardan 13-ü uşaq və üçü qadındır.

Xatırladaq ki, bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Oxşar xəbərlər
OTACI