Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın dini agentlik rəhbəri Azərbaycana gəldi

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qiorqoba" bayramı ilə əlaqədar Gürcüstanın Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin rəhbəri və onu müşaiyyət edən nümayəndə heyəti Azərbaycanın Qax rayonuna səfər ediblər.

Press.az xəbər verir ki, bu barədə qonşu ölkənin Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, nümayəndə heyətinin tərkibində Axaltsixe və Taoklarjeti mitropoliti Teodor (Çuadze), keşiş Petre Xumaraşvili, rahibələr, Laqodexi və Dedoplistskaro şəhər şuralarının nümayəndələri, Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze, Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşağmadze və Agentliyin digər nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri tarixi Kurmux Katedralını ziyarət ediblər. Həmçinin, Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Qaxda yaşayan etnik gürcü əhali ilə görüş keçiriblər

Oxşar xəbərlər
OTACI