Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazandı

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli Maltanın paytaxtı Vallettada start götürən Avropa çempionatının ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb.

Federasiyadan Press.az-a verilən məlumata görə, qızlardan 29 kq-da çıxış edən Zəhra İsayeva və 37 kq-da yer alan Xuraman Cavadzadə fəxri kürsüyə qalxıb.

Mübarizəyə 1/4 finaldan başlayan İsayeva ilk döyüşündə kiprli Elli Antoniounu məğlub edib. Yarımfinalda serbiyalı Arijana İvanoviçə qalib gələn taekvondoçu bu dueldən də qalib ayrılıb. Finalda türkiyəli Efe Nazlıdan üstün olan İsayeva Avropa çempionu tituluna yiyələnib.

Cavadzadə isə 1/8 finalda fransalı Lilo Qamelə, 1/4 finalda bosniya və herseqovinalı Eyla Makasa, yarımfinalda ermənistanlı Melanie Qraçe Ayvazyana gücünü göstərib. Finalda xorvatiyalı Sofiya Hiniçə uduzan Cavadzadə yekunda gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI