Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski AÇIQLADI: Ukrayna hücuma keçəcək

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna hərbçiləri cəbhənin bütün istiqamətlərində əsas mövqeləri qoruyub saxlayır, bəzi bölgələrdə irəliləməyə hazırlaşırlar.

Press.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ənənəvi video müraciətində bildirib.

 

"Biz ön cəbhə xəttindəki vəziyyəti çox diqqətlə və ətraflı araşdırdıq. Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqeləri saxlayırıq. Bizim uşaqlar (hərbçilər - red.) cəsarətlə müdafiə olunurlar. Bir çox sahələr var ki, orada irəliləməyə hazırlaşırıq”, - deyə prezident bildirib.

Zelenskinin sözlərinə görə, ərazilərə işğalçılar tərəfindən əlavə qüvvələrin köçürülməsi də qeydə alınıb:

“Biz onların bu qüvvələrini “mənfiləşdirmək” üçün hər şeyi edirik. Doqquz aylıq genişmiqyaslı müharibəyə tab gətirdik və Rusiya bizi sındırmaq üçün bir yol tapmadı və tapa bilməyəcək. Biz bu cür dayanmağa davam etməliyik! Birlikdə və bir-birimizə kömək edərək", - deyə Prezident vurğulayıb.

Oxşar xəbərlər
OTACI