Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ekspertiza təsdiqlədi: Saakaşvili zəhərlənib...

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib.

Press.az xəbər verir ki, bu barədə ekspertizanı aparan “Empathy” ictimai təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

 

Onun sözlərinə görə, tibbi rəy 188 səhifədən ibarətdir, həmçinin 3 000 səhifəlik sənədləşmə də tədqiq edilib.

Məlumata görə, ABŞ-dan Mixail Saakaşvilinin saçının ekspertiza nəticələri gəlib.

“Tədqiq edilmiş bütün sənədlərə əsasən bu qənaətə gələ bilərik ki, onun səhhətinin pisləşməsinə səbəb böyük ehtimalla zəhərlənmədir”, - deyə Mariam Cişkariani qeyd edib.

Araşdırmaya əsasən, eks-prezidentin orqanizmində civənin səviyyəsi icazə verilən norma həddini 42 faiz nisbətində keçib. Həmçinin digər metallarla intoksikasiya da aşkarlanıb.

Cişkarani qeyd edib ki, Saakaşvili müalicə üçün xaricə buraxılmalıdır, bu, onun həyatını xilas etməyə yardımçı ola bilər.

Oxşar xəbərlər
OTACI