Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Müdafiə Nazirliyi idarə rəisinin keçmiş müavini 5 il azadlıqdan məhrum edilib

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya paytaxtı Moskvanın hərbi qarnizon məhkəməsi noyabrın 25-də Dövlət Müdafiə Sifarişlərinin Təminatı üzrə Müdafiə Departamentinin keçmiş rəis müavini, xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən ehtiyatda olan polkovnik Leonid Xarlamov 5 il müddətinə azadlıqdan məhrum edib.

Press.az  TASS-a istinadən xəbər verir ki, məhkəmənin qərarını hakim Vadim Korçagin açıqlayıb.

Məlumata görə, Leonid Xarlamov cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Bildirilib ki, hökm çıxarılarkən onun təqsirini etiraf etməsi, istintaqla əməkdaşlıq etməsi, habelə tərifnamələri, dövlət mükafatlarının olması, Suriyadakı hərbi əməliyyatlarda iştirakı nəzərə alınıb.

Prokuror ona 7 ildən 15 ilə qədər həbs cəzasının verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Xarlamov polkovnik hərbi rütbəsindən məhrum edilb, ona məxsus 3 milyon rubl əmlak müsadirə edilib.

Oxşar xəbərlər
OTACI