First slide

Çində rekord yoluxma qeydə alındı

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində ötən sutka koronavirusa rekord yoluxma qeydə alınıb.

Ölkənin Milli Səhiyyə Komissiyası 32 943 nəfərdə virusun aşkar edildiyini açıqlayıb.

Səlahiyyətlilərin məlumatına görə, xəstəliyin simptomları 3103 xəstədə aşkar edilib, 29 840 nəfərdə bu, asimptomatik olub.

Ən çox yoluxma Çinin cənub-şərqindəki Quandun əyalətinin payına düşüb - 8 499.

Bir gün əvvəl də Çində rekord yoluxma qeydə alınıb, 31 656 nəfərdə virus aşkar edilib.

Pandemiya başlayandan Çində 300 600 nəfərdə koronavirus müəyyən edilib, onların 5 232 nəfəri ölüb.

Çində növbəti infeksiya epidemiyası fonunda məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Belə ki, Quandun da daxil olmaqla bəzi əyalətlərdə məktəblər və universitetlər distant rejimə keçib, uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Pekin rəsmiləri PZR testinin mənfi nəticəsi olmayan sakinlərin ictimai yerlərə getməsini qadağan edib. Qadağa nəqliyyat, ticarət mərkəzləri, supermarketlər, hotellər və hökumət binalarına şamil edilir. PZR testi ictimai yerə getməzdən 48 saat əvvəl aparılarsa, etibarlı sayılır.

Oxşar xəbərlər
OTACI