Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda şəhid Polkovnik Babək Səmidlinin anım mərasimi keçirilib - VİDEO

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

24 noyabr Göyçayda şəhid Polkovnik Babək Səmidlinin ikinci ildönümü münasibətilə Şəhidlər Xiyabanında, məzarı önündə anım mərasimi tədbiri keçirilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH- aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin döyüş yoldaşları, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Babək Səmidlinin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Polkovnik Babək Səmidli kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.

Çıxış edənlər bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər olub. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpasıdır.

Məktəblilər vətənpərvərlik haqqında şeirlər səsləndiriblər.

Daha sonra Şəhid Polkovnik Babək Səmidlinin döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Oxşar xəbərlər
OTACI