Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə sakinləri yolu bağladılar - VİDEO

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdədə vətəndaşlar yaşadıqları binaya mavi yanacağın verilmədiyinə görə yolu kəsiblər.

Press.az xəbər verir ki, H.Əliyev prospektində bina sakinləri qaz ilə təmin olunmadığı üçün yolu kəsib nəqliyyat vasitələrinin gediş və gəlişini dayandırmışdır.

156 nömrəli bina illərdir ki, təbii qaz üzünə həsrət qalıb, qış vaxtı bina sakinlərinə soyuq hava çox çətin olur. Artıq hadisə neçə illərdir ki, davam edir. Lakin vətəndaşların şikayətinə baxılmır. Bina təbii qazla təmin edilmir.

Bu gün yol kəsilməsindən sonra bina sakinlərini məsələnin həlli üçün Bərdə rayon icra hakimiyyətinə dəvət ediblər.

Ümid edirik ki, Bərdə rayon icra hakimiyyəti bu dəfə hadisəylə bağlı operativ qərar verəcək və problem həlli yolunu tapacaq.

 

Oxşar xəbərlər
OTACI