Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransada hər 2 gündə 1 qadın öldürülür

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransa Statistika Agentliyinin dərc etdiyi hesabatda ölkədə hər 2 gündə 1 qadının öldürüldüyü məlum olub.

Press.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin əvvəlindən 121 qadın öldürülüb.

Öldürülən qadınların 86-nın öz evində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə qətl edildiyi bildirilir.

Həyatını itirən qadınların 63-nün ana olduğu, 6-nın isə uşaqları ilə birlikdə öldürüldüyü məlum olub.

Həmçinin, qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb.

2022-ci ildə Fransada törədilən qadın cinayətləri nəticəsində 129 uşaq yetim qalıb.

Oxşar xəbərlər
OTACI