Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabah Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin növbəti görüşü keçiriləcək

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabah Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli xarici işlər və nəqliyyat nazirlərinin ikinci toplantısı keçiriləcək.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir.

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

Oxşar xəbərlər
OTACI