Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlar arasında YENİ VİRUS yayıldı: Məktəbdə yoluxurlar...

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlarda uşaqlar arasında yeni virus yayılıb.

Pandemiyadan sonra bu tip xəstəliklərin sayında artım müşahidə edilir. Virus özünü daha çox 5 yaşdan yuxarı uşaqlarda büruzə verir. Xəstəlik əsasən qış və yay aylarında görülür.

Maraqlıdır, görəsən, uşaqlar bu xəstəlikdən necə qoruna bilərlər?

Press.az xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında bu virus çox yayılıb. 

Onun sözlərinə görə, bu virus əsasən məktəblərdə və bağçalarda daha çox yayılır:

“Hazırda məktəblərdə xəstələnməyən uşaq yoxdur. Məktəblərdə uşaqları xəstə olsa da dərsə gəlməyə məcbur edirlər. Bildiyimiz kimi virus infeksiyası hava damcı yolu ilə yayılır. Bu baxımdan uşaqlar xəstəliyə daha çox məktəbdə yoluxurlar. 

Pediatr qeyd edib ki, virusun dəqiq adı məlum deyil:

“Amma bir virus yox, bir neçə virus var. Xüsusilə asma, tənəffüs yollarında allergiyası olan uşaqlar bu virusa yoluxduqda xəstəliyi çox ağır keçirir. Buna görə də asma və ya allergiyası olan uşaqlar daha diqqətli olmalıdır. Əsasən uşaqların qrip virusuna qarşı peyvənd olunması tövsiyə olunur”. 

 

 

 

Oxşar xəbərlər
OTACI