Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Şurası Rusiyanın Ukraynaya hücumunu pisləyib

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiyanın Ukraynadakı xəstəxanalara, mülki və enerji infrastrukturuna vəhşicəsinə hücumlarını və bunun Moldovadakı nəticələrini pisləyirəm”.

Press.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç deyib.

Onun sözlərinə görə, mənasız və qeyri-insani zorakılığa son qoyulmalıdır.

Qeyd edək ki, noyabrın 23-də Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirmişdi. Nəticədə ölkədə elektrik və su təminatında problemlər yaşanmışdı. Həmçinin Moldovanın bir sıra rayonlarında da elektrik enerjisi kəsilmişdi.

 

 

Oxşar xəbərlər
OTACI