Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda ikimərtəbəli ev yandı: Xəsarət alan var

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda fərdi yaşayış evində yanğın olub.

Press.az APA-a istinadən xəbər verir ki,, hadisə bu gün gündüz saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Azad oğlu Azadova məxsus, ümumi sahəsi 340 kvadratmetr olan ikimərtəbəli evdə güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin ikinci mərtəbəsi və çardaq hissəsi tamamilə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi E.Azadov yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Oxşar xəbərlər
OTACI