First slide

Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir.

Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.

Press.az xəbər verir ki, ödənişi həyata keçirmək üçün müştəri Garmin saatlarında “Pul qabı/Wallet” proqramını açıb, təyin etdiyi PIN kodu daxil edib, ödəniş terminalına yaxınlaşdırmalıdır. Bununla da market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödənişləri qəbul edən istənilən digər yerlərdə cəmi bir neçə toxunuşla ödənişlər etmək mümkündür.

Saatı nizamlamaq çox asandır. Müştərinin istifadə etdiyi smartfon markasından asılı olaraq “App Store” və ya “Google Play” marketdən “Garmin Connect” tətbiqini yükləmək lazımdır. Sonra isə tətbiqdə “Garmin Pay” bölməsinə daxil olub oradakı təlimatlara əsasən Kapital Bank Visa kartını əlavə etmək kifayətdir. Garmin Pay və xidməti dəstəkləyən cihazlar haqqında ətraflı məlumat üçün: https://www.garmin.com/en-US/garmin-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Oxşar xəbərlər
OTACI