Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şahruddindən qalmaqallı paylaşım - Şəkillər

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev özünün İnstaqram səhifəsində Almaniya milli komandası ilə bağlı qalmaqal yarada biləcək paylaşım edib.

Press.az xəbər verir ki, o, Almaniya millisinin bu gün DÇ-2022-də Yaponiyaya qarşı matçdan öncə çəkdirdiyi şəkli 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu isə həmin futbolçulara xitabən “11 xoruz”deməkdir.

Bəs, belə bir paylaşım nə ilə əlaqədardır?

Məlum olduğu kimi, daha əvvəl müxtəlif Avropa ölkələrinin federasiyaları bəyan edib ki, Qətərdə insan hüquqlarının pozulmasına qarşıdırlar. Bu səbəbdən və diskriminasiyaya etiraz kimi komandaları LGBT-yə dəstək olaraq DÇ-2022 zamanı meydana One Love yazılı göy qurşağı təsviri olan kapitan sarğıları ilə daxil olmağı planlaşdırırlar. Lakin FİFA milli federasiyaların bu istəyinə qarşı çıxıb. Qurum komandaların kapitanlarına üzərində göy qurşağı təsviri olan sarğı ilə meydana çıxmağı qadağan edib. 

Bu gün isə Almaniya millisinin əsas heyətinin bütün üzvləri çəkdirdiyi kollektiv şəkildə əlləri ilə öz ağzlarını yumublar. Güman etmək olar ki, bununla onlar FİFA-ya etirazlarını ifadə ediblər.

Şahruddin İnstaqramın “History” bölməsində növbəti paylaşımında isə almanlara 2:1 hesabı ilə qalib gələn Yaponiya millisinin qələbə sevincinin şəklini yerləşdirib. O, şəklin üzərinə “One Love” sözlərini yazıb və gülüş emojilərı atıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI