Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lukaşenko İrəvanda Paşinyana "söz atdı"

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası öncəsi Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı qanıqara görüb.

Press.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Lukaşenko KTMT sammitinin keçirildiyi Dvin kompleksinə gedərkən Paşinyanın onu salamlayan baxışından xoşlanmayıb. Belarus lideri erməni baş nazidən soruşub:

“Niyə belə tutqunsan?”

Buna cavab olaraq Paşinyan gülümsəməklə reaksiyasını ifadə edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının bugünkü toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”.

Paşinyan sonrakı cümləsində təşkilata minnət qoyub. O, bildirib ki, KTMT Qazaxıstanın istəyinə müsbət cavab verib, bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir.

Oxşar xəbərlər
OTACI